Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp gələcəkadministrasiyasında sərmayədar Skott Bessenti Maliyyə Nazirliyininrəhbəri vəzifəsinə namizəd kimi irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social"sosial şəbəkəsində yazıb.
O bildirib ki, maliyyə naziri vəzifəsinə “dünyanın aparıcıbeynəlxalq investorlarından biri kimi hörmət edilən” Bessentinnamizədliyini irəli sürür.