AZ

Dövlət Departamenti Rusiya və Çin əlaqələrinin bütün dünya siyasətinə təsir edəcəyini bildirib

Birləşmiş Ştatların administrasiyası Rusiya – Çin əlaqələrinin genişlənməsinin qarşısını almağa çalışır, lakin bu münasibətlərin inkişafına olan təkanın davam edəcəyini hesab edir.

“Far.Az” xəbər verir ki, bunu ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell bildirib.

“Əmin deyiləm ki, biz bu güclənən ittifaqın qarşısını ala, mane ola və ya poza bilərdik, lakin biz cəhd etdik və nəticədə Çin və Rusiya qlobal siyasətə təsir edəcək bu birgə yolu seçdilər ki, bu da yalnız indi özünü göstərir”, – o, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda bildirib.

Diplomatın sözlərinə görə, Moskva və Pekin "ikitərəfli münasibətlərində irəliləyişi qoruyub saxlayırlar".

“Bunun davam edəcəyini gözləyirəm”, – Kempbell vurğulayıb.

Seçilən
23
far.az

1Mənbələr