WAFA: İsrail ordusunun əsgərləri İordan çayının qərb sahilində təcili tibbi yardım həkimlərini saxlayıblar...
İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilindəki Osarin kəndi yaxınlığında təcili yardım briqadasını saxlayıb.
Poliqon xəbər verir ki, bu barədə Fələstinin WAFA Agentliyi məlumat yayıb.
Təcili yardım maşınının sürücüsü Agentliyə bildirib ki, həkimlər zərərçəkənləri təxliyə etmək üçün kəndə gedirlər. Lakin yolda onları İsrail hərbçiləri dayandırıb.
Sürücünün sözlərinə görə, İDF əsgərləri ekipajı sorğu-sual edib, sonra onların avtomobilində axtarış aparıblar. Həkimlərdən biri bir neçə saat saxlanılıb.
Poliqon.info