AZ

Kanadada NATO əleyhinə etirazlar keçirilir

NATO əleyhinə olan kanadalılar avtomobilləri yandırmağa və polislə toqquşmağa başlayıblar...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Monrealda NATO-ya qarşı etirazlar polislə toqquşmalara və küçə iğtişaşlarına çevrilib.

Qeyd edək ki, Monrealda NATO Parlament Assambleyasının 70-ci sessiyası noyabrın 22-də başlayıb və noyabrın 25-nə kimi davam edəcək.

Etirazlarda solçu partiyaların radikal tərəfdarları, eləcə də HƏMAS tərəfdarları iştirak ediblər.

Xəbərdə qeyd olunur ki, Kanadanın ən böyük şəhərlərindən biri zorakılıq dalğası ilə dolub. Demək olar ki, etirazların əvvəlindən radikallar mağazaların şüşələrini sındırıblar, həm yerli sakinlərin, həm də polisin maşınlarını yandırıblar. Poliqslər iğtişaşları güc yolu ilə yatırmağa çalışırlar.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr