AZ

KATV1 kabel televiziyası operatorunun sahibinin külli miqdarda vergi borcu var - MƏBLƏĞ

KATV1 kabel televiziyası operatorunun sahibi “AG Telekom” MMC-nin vergi borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 512 797 AZN-dir. Bu da xüsusilə külli miqdarda hesab olunur.

Qeyd: Qeyd: "AG Telekom" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200040 manat olan şirkətin qanuni təmsilçisi Samir Qurbanovdur. Şirkət Azərbaycan ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir. Adətən, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.

 

Xəyal Quliyev

Tarix: 23 Noyabr 2024, 08:03   
Seçilən
31
2
pravda.az

3Mənbələr