AZ

Yaponiya silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlayır

Yaponiya hökuməti hərbi-sənaye kompleksinin keyfiyyətcə inkişafı və silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlamağa başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, hərbi texnikanın xaricə tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyatın bu sektorunun biznes, o cümlədən kiçik və orta sahibkarlar üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Yeni strategiyanı əks etdirən sənədlərin 2025-ci ildə dərc olunması gözlənilir.

Yaponiyada uzun müddətdir silah ixracına faktiki qadağa qoyulmuşdu. Bu da ölkənin özünümüdafiə qüvvələrini hərbi-sənaye kompleksinin yeganə müştərisinə çevirmişdi. Bu, müvafiq bazarın həcmini və cəlbediciliyini kəskin şəkildə məhdudlaşdırır və bir çox şirkətlərin oradan uzaqlaşmasına səbəb olurdu.

Seçilən
102
5
ikisahil.az

6Mənbələr