AZ

Konqresmen iddia edir ki, Tramp Putinlə Ukrayna ilə bağlı danışıb

Konqresmen Makkol: Tramp Putinlə Ukraynada nizamlanma ilə bağlı danışıqlar aparıb...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı şəxsən danışıb.

Poliqon xəbər verir ki, bunu Respublikaçı konqresmen Maykl Makkol “Atlantic Council” nəşrinə müsahibəsində deyib.

Konqresmen iddia edir ki, Trampın təkliflərinə baxmayaraq, Rusiya prezidenti Ukraynadakı münaqişənin həlli ilə bağlı inamsız davranıb.

Makkol müsahibəsində Rusiyaya zərbə endirmək üçün Amerikanın uzaqmənzilli silahlarının istifadəsinə icazə verilməsinin tərəfdarı olduğunu da bildirib.

Xatırladaq ki, ilk dəfə The Waşinqton Post qəzeti Putinlə Tramp arasında aparılan danışıqlar barədə ilk məlumat yayıb. Sonradan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu danışıqların baş tutduğunu təkzib edib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada münaqişəyə son qoya bilər, lakin Rusiya yalnız öz qüvvələrinə arxalanır.

Siyasətçi qeyd edib ki, Rusiya respublikaçıya “praqmatik insan” kimi baxır. Bununla belə, onun sözlərinə görə, Moskva Trampa heç bir üemid bağlamır.

Poliqon.info

Seçilən
45
16
poliqon.info

10Mənbələr