Səbail Rayon Məhkəməsində "Selhome Group" MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub və şirkət cərimələnib.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Şirkətin qanuni təmsilçisi Rüfət Vahid oğlu Nadirlidir. Məhdud Məsuliyyətli Cəmiyyətin dövlətə 71 448 AZN borcu var.
Xəyal Quliyev