AZ

Şimali Koreya ABŞ-ni vəziyyəti fəlakətli səviyyəyə çatdırmaqda ittiham edib

KXDR Müdafiə Nazirliyi ABŞ-ı Koreya yarımadasında gərginliyi artırmaqda ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. KXDR Müdafiə Nazirliyi qeyd edib ki, Vaşinqtonun hərəkətləri əsl müharibəyə səbəb ola bilər.

KXDR hesab edir ki, ABŞ-nin hazırkı hərəkətləri vəziyyəti fəlakətli və dönməz həddə çatdırır. Xüsusilə, Pxenyan ABŞ-ni nüvə qarşıdurması və hava casusluğu mühiti yaratmaqda ittiham edib.

KXDR Müdafiə Nazirliyi gərginliyin artmasına səbəb olan bir sıra addımları sadalayıb. Belə ki, ABŞ Koreya yarımadası ətrafındakı sulara təyyarədaşıyan zərbə qrupunu yerləşdirib, Yaponiya və Cənubi Koreya ilə “Freedom Edge” hərbi təlimləri keçirib, ABŞ “Kolumbiya” nüvə sualtı qayığını Busandakı bazaya köçürüb və təyyarədaşıyan gəmilərin uçuşunu həyata keçirib. Yapon dənizi üzərində RC-135S strateji kəşfiyyat təyyarəsi daiçi olara uçur.

“Qlobal miqyasda ABŞ hərbi avantürizminin təhlükəli xətti keçdiyi bugünkü sərt hərbi-siyasi vəziyyət ABŞ-ın dövlətimizə qarşı hərbi hərəkətlərinin hər an real müharibəyə çevrilə biləcəyini proqnozlaşdırır”, deyə nazirliyin bəyanatında deyilir.

Şimali Koreya ABŞ və müttəfiqlərindən təxribat xarakterli hərəkətləri dayandırmağı tələb edib və bildirib ki, dövlətin təhlükəsizliyini qorumaq üçün tədbirlər görmək silahlı qüvvələrin konstitusion vəzifəsidir.

Bəyanatda vurğulanır ki, Koreya Xalq Ordusu tam döyüş hazırlığındadır, ABŞ və müttəfiqlərinin hərbi hərəkətlərini izləyir və lazım gələrsə, təhlükənin qarşısını almaq üçün dərhal tədbirlər görməyə hazırdır.

Poliqon.info

Seçilən
77
poliqon.info

1Mənbələr