AZ

PREZİDENT DEPUTATLARI PARLAMENT BİNASINA GİRMƏMƏYƏ ÇAĞIRDI

Gürcüstanda siyasi qarşıdurma daha da gərgin xarakter alır...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, prezident Salome Zurabişvili baryeri keçən dörd müxalifət partiyasının parlamentə girməyəcəyinə əmin olduğunu bildirib. O bu barədə "Mtavari Arxi" telekanalına müsahibəsində qeyd edib. Sitat: “Bir şeyə əminəm ki, onlar parlamentə girməyəcəklər. 2020-ci illə mənasız müqayisələr var, o, tamam başqa şey idi, ölkənin Avropa gələcəyindən söhbət gedirdi və avropalılar dedilər ki, parlamentə girin, bizim tələb etdiyimiz islahatlar üzərində işləyin. O zaman cəmiyyətdə ölkənin başqa istiqamətə getdiyi hissi yox idi. Seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığı hissi yox idi. Buna görə də çox fərqli bir vəziyyət idi, lakin bu gün parlamentə kim girsə, Rusiyaya daxil olmuş olacaq".

S. Zurabişvilinin sözlərinə görə, hökumət və parlament birpartiyalıdır və ölkədə mövcud olan bütün qurumlar tamamilə bu bir partiyadan və bir nəfərdən asılıdır. Prezident onu da qeyd edib ki, xalqın mübarizəsi nəticəsində yeni seçkilər olacaq və texniki hökumət, koalisiya olacaq.

Beləliklə, qərb yönümlü prezidentlə Rusiya meyilli baş nazir komandası arasındakı gərginlik Gürcüstanda ikitirəliyi daha da artırıb. Çıxış yolu isə hələki görünmür.

A.Məmmədli

Seçilən
14
tezadlar.az

1Mənbələr