AZ

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs 70 kq qızılla saxlanılıb

İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.

APA-nın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı araşdırma davam edir.

Məlumatda qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.

Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.

Şübhəli şəxs taksidə olarkən saxlanılıb.

Seçilən
28
10
apa.az

10Mənbələr