AZ

"Bank Respublika" törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan etdi

Azərbaycanın maliyyə sektorunun liderlərindən biri olan "Bank Respublika"  bank xidmətləri sahəsində mövqelərinin gücləndirilməsinə yönəlmiş yeni strategiyası çərçivəsində törəmə şirkəti olan "Bakı Sığorta" şirkətinin fəaliyyətini könüllü şəkildə dayandırdığını elan edib.

Bankdan Marja-ya verilən məlumata görə, bu qərar "Bank Respublika"ya innovativ bank məhsullarının hazırlanması və tətbiqinə, həmçinin müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına fokuslanmağa imkan verəcək.

"Bankın bütün göstəricilər üzrə əldə etdiyi yüksək nəticələri nəzərə alaraq və mövcud vəziyyəti hərtərəfli təhlil etdikdən sonra belə bir qərara gəldik ki, bank xidmətlərinə fokuslanmaq bizə dinamik inkişafı davam etdirmək və real sektorun maliyyələşdirilməsinə diqqət yetirmək üçün daha geniş imkanlar yaradacaqdır"- deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Qeyd edək ki, səhmdarların "Bakı Sığorta"nın fəaliyyətinin dayandırılması ilə bağlı qərarı artıq Azərbaycan Mərkəzi Bankına təqdim olunub.

"Bakı Sığorta" müştəriləri qarşısında bütün öhdəliklərini tam yerinə yetirməyə davam edəcək, zəruri dəstəyi və köməyi təmin edəcək. Bütün mövcud sığorta müqavilələri tam həcmdə icra olunacaq.

Seçilən
21
2
marja.az

4Mənbələr