AZ

Baş nazir: Rumıniya Şengen zonasına daxil olmağa hazırdır

Rumıniya Avropa İttifaqında Macarıstanın dəstəyi sayəsində 2025-ci il yanvarın 1-dən Şengen zonasına daxil olmağa hazırdır.

"Far.Az" xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Marsel Çiolaku bildirib.

Macarıstanın Baş naziri Viktor Orban isə qeyd edib ki, Rumıniyanın Şengen zonasına qoşulması ilə bağlı qərar Macarıstanın Aİ Şurasının sədri kimi təqdim edəcəyi sənəd əsasında dekabrın 12-də Brüsseldə qəbul ediləcək. “Artıq bir müddətdir ki, Rumıniya Şengen zonasının tamhüquqlu üzvü olmaq üçün bütün lazımi meyarlara cavab verir və indi bütün maneələr aradan qaldırılacaq”, - deyə o vurğulayıb.

Seçilən
7
6
far.az

7Mənbələr