![“Hizbullah”](/uploads/posts/2024-11/is-hb.png)
Livandan İsrailə onlarla mərmi atılıb.
Reyting.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, Livanın “Hizbullah” hərəkatı ötən axşam İsrail ərazisinə 80-ə yaxın mərmi atıb. Atılan mərmilərin bəzisinin Livan–İsrail sərhədini keçdiyi qeyd olunur.
ELÇİN