AZ

70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərindən 70 kiloqram qızıl aşkarlanıb. 

Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılın ona aid olduğunu etiraf edib.

“Qafqzinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ dakı səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

Seçilən
27
49
qafqazinfo.az

10Mənbələr