AZ

Məşhur müğənni: “Küçədən gələnlər efirə çıxır, əsl sənətkarlar isə...”

Məşhur

“Əvvəllər mənə fəxri ad, rəsmi titul verilmədiyi üçün inciyirdim, amma sonra öyrəşdim, fikir vermədim. İstəsəydim, o adı 90-cı illərdə pulla alardım”.

Reyting.az
xəbər verir ki, bunu məşhur rus müğənnisi Maşa Rasputina jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiyanın “Əməkdar artisti” fəxri adına layiq görülməməsinin səbəbi həmişə “çoxlarının boğazına kal armud kimi ilişməsidir”.

İfaçı özünü “ən populyar rus müğənnisi” hesab etsə də mahnılarının milli radiostansiyalarda səsləndirilmədiyindən şikayətlənib. Müğənni deyir ki, indi “küçədən gələnlər” efirə çıxır, “əsl ulduzlar” isə kölgədə qalır...

V. QULİYEV
Seçilən
24
reyting.az

1Mənbələr