AZ

Berbok boşanır

Hurriyyet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə həyat yoldaşı, PR menecer Daniel  Holeflyayş 17 illik ailə həyatlarını bitirməyi qərara alıblar.

Bu barədə "Bild" nəşri onların birgə açıqlamasına istinadla məlumat yayıb. Açıqlamada deyilir: "Bir müddət bundan əvvəl, uzun bir prosesdən sonra qərara aldıq ki, daha ayrılmalıyıq. Şayiə ehtimalına qarşı bildiririk: yeni tərəf-müqabillərimiz yoxdur".

Berbok ilə Holeflyayş təxminən 20 il əvvəl, "yaşıllar" partiyasında işləyərkən tanış olublar. "Bild" nəşrinin yazdığına görə, Berbok karyerası ilə, əri isə ev və uşaqlarla məşğul olub. Onların 9 və 13 yaşlarında 2 qızları var. Boşanma açıqlamasında deyilir: "İlk növbədə, övladlarımızın rahatlığı üçün ailəmizin şəxsi işlərinə hörmət etməyi təkidlə xahiş edirik".

Hürr Tərcüman

Seçilən
21
hurriyyet.az

1Mənbələr