AZ

Tramp maliyyə naziri vəzifəsinə onu təklif edib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp investor Skott Bessenti maliyyə naziri vəzifəsinə namizəd göstərib.

Busaat.az xəbər verir ki, bu barədə Tramp sahibi olduğu “Truth Social” sosial şəbəkəsində bildirib.

“Skott aparıcı beynəlxalq investorlardan və geosiyasət və iqtisadiyyat sahəsində strateqlərdən biri kimi hörmət qazanıb”, – respublikaçı siyasətçi qeyd edib.

Qeyd edək ki, hazırda maliyyə naziri vəzifəsini Canet Yellen tutur.

Xatırladaq ki, Bessentin namizədliyindən əvvəl respublikaçının komandasında gərgin daxili mübarizə gedib. Amerika mediasının məlumatına görə, ondan başqa, yeni administrasiyada bu vəzifəyə Federal Ehtiyat Sisteminin İdarə Heyətinin keçmiş üzvü Kevin Uorş, “Apollo Global Management” investisiya şirkətinin sahibi Mark Rouen, Tennessi ştatından respublikaçı senator Bill Haqerti və Trampın birinci administrasiyasında baş ticarət danışıqçısı Robert Laythayzer namizəd olublar. “The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yazdığına görə, Bessentin müttəfiqləri “pərdəarxası kampaniya təşkil edib” və seçilmiş prezidenti məhz onu seçməyə inandıra biliblər. Bessentin namizədliyini həmçinin Trampın birinci prezidentlik müddətində Ağ evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou da dəstəkləyib.

Seçilən
24
6
busaat.az

9Mənbələr