Meyxanaçı Namiq Qaraçuxurlu Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) tətilini davam etdirir.
OLAY yazır ki, ailəsi ilə birgə Dubayda istirahət edən sənətçi qaldığı lüks hoteldə çəkdiyi selfilərini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
N.Qaraçuxurlunun çəkib, yayımladığı şəkillər arasında hotelin çöldən görüntüsü və dəbdəbəli, füsünkar interyerini də yer alıb.
Qeyd edək ki, bir müddət əvvəl Namiq Qaraçuxurlunun anası Qənirə xanım dünyasını dəyişib. Sənətçinin valideyni İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O, uzun müddətdir qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirmiş.