AZ

Növbəti demarkasiya prosesi hansı ərazidə aparılacaq? - AÇIQLAMA

“Biz azərbaycanlılara Ermənistandakı Avropa İttifaqı müşahidəçilərini demarkasiya olunmuş ərazilərdən çıxarmağı təklif etdik. Biz dedik ki, yaxşı, gəlin bu tənzimləməni demarkasiya olunmuş ərazilərlə bağlı edək, çünki obyektiv şəkildə demarkasiya olunan sərhədin müşahidəçiyə ehtiyacı yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efieində bildirib.

Baş nazir demarkasiya prosesinə toxunaraq deyib: “Oktyabr ayında bununla bağlı son iclas keçirilib və demarkasiya komissiyaları prosesin hansı ərazilərdə davam edəcəyi ilə bağlı qarşılıqlı təkliflər veriblər? Ermənistan öz yanaşmasını, Azərbaycan öz yanaşmasını təqdim etdi. Növbəti iclasda demarkasiya prosesinin hansı ərazidə davam etdiriləcəyinə qərar veriləcək”.

Seçilən
13
2
bakivaxti.az

3Mənbələr