Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tayvanın Silahlı Qüvvələri sutka ərzində Çin Xalq Respublikasının 25 dronunun və 7 gəmisinin öz ərazisinə yaxınlaşdığını qeydə alıblar. Buna cavab olaraq adanın ordusu hədəfləri izləmək üçün aviasiyanı, gəmiləri və yerüstü zenit-raket komplekslərini səfərbər edib.
Tayvan adası 19490cu ildən bəri özünüidarə sisteminə keçib. Həmin dövrdə Çindəki vətəndaş müharibəsində məğlub olmuş Qomindan qüvvələrinin qalıqları Çan Kayşinin başçılığı ilə buraya qaçıblar. Çin Tayvanı öz ərazisi hesab edir.
Hürr Tərcüman