AZ

Müxalifət liderinə cinayət işi açılıb

Müxalifət

Venesuela prokurorluğu müxalifət lideri Mariya Korina Maçadoya qarşı “dövlətə xəyanət” ittihamı ilə istintaq başladıldığını açıqlayıb.

Reyting.az
xəbər verir ki, ölkə prokurorluğu Maçadonun ABŞ-nın Venesuelaya qarşı hazırladığı sanksiya paketini dəstəklədiyini bildirib.

Adını çəkmədən Maçadonu hədəf alan milli prokuror Tarek Villiam Saab deyib: “Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan vətənə xəyanət, eyni qanunun 132-ci maddəsində tənzimlənən xarici dövlətlərlə sui-qəsd və bu məqsədlə təşkilat yaratmaq cinayətlərinin əhatəsinə düşür”.

Qeyd edək ki, Maçado ABŞ Konqresi üzvünün sosial media hesabından verdiyi açıqlamadan sitat gətirərək sanksiyaları dəstəkləyib.

Venesuela hökumətini hədəfə alan Maçado bəyan edib ki, Maduro hökuməti xalqı susdura bilməyəcək:

“Nümayəndələr Palatasının bütün üzvlərinə təşəkkür edirik. Biz Venesuela üçün azadlıq uğrunda mübarizəni davam etdirəcəyik və demokratiyaya sürətli keçid üçün çalışmağı səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, Venesuelada bir müddətdir harada olduğu bilinməyən müxalifət lideri Maçado adətən sosial şəbəkələrdə açıqlamalar verir.

E. KAMAL
Seçilən
24
reyting.az

1Mənbələr