AZ

Metanol ixracı bu il Azərbaycana 84 milyon dollarlıq valyuta gətirib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 83 milyon 855 min dollar dəyərində 401 min 495 ton metanol (metil spirti) ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10 milyon 695 min dollar və ya 15% , miqdar ifadəsilə 7 min 170 ton və ya 2% artıb.

2023-cü ilin 10 ayında isə Azərbaycandan 73 milyon 159 min dollar dəyərində 394 min 789 ton metanol ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 0,35 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 0,31 manat idi (İl ərzində 4 qəpik və ya 12,6% bahalaşma).

Bu il ümumi ixracının 0,37%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,99%-i metanolun payına düşüb.

Seçilən
33
fed.az

1Mənbələr