"Nurnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli Bundesliqa 2-də uğurlu çıxışını davam etdirir.
News24.az xəbər verir ki, bu mövsüm Bundesliqa 2-də 8 görüşdə meydana çıxan Mahir 3 qolun müəllifi olub.
Ötən gün isə Bundesliqa 2-nin 13-cü turunda səfərdə görüşün 8-ci dəqiqəsində komandasında ilk qolun vurulmasında iştirak edib.
Qarşılaşma "Nürnberq"in məğlubiyyəti ilə başa çatıb - 2:3.
Nəticədə M.Emreli məhsuldar ötürmə ilə də fərqlənib.
Ağa Dadaşzadə