Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Polis əməkdaşlarının verdiyi məlumata görə, ölçüsü təxminən 1,5x1,5 metr olan naməlum dron aviadaşıyıcının üzərində dövr edərək təhlükə yaradıb. Dronu məcburi enişə məcbur etmək cəhdləri nəticəsiz qalıb. PUA, panika yaradaraq Çin şirkətlərinə məxsus olduğu iddia edilən konteyner terminalının yaxınlığında yoxa çıxıb.
Hadisədən sonra Almaniya polisi dronu idarə edən şəxsləri müəyyənləşdirməyə çalışsa da, bu səylər də uğursuz olub.
Qeyd edək ki, HMS Queen Elizabeth Britaniyanın ən böyük aviadaşıyıcısıdır. Gəmi 2017-ci ildə Şotlandiyanın bir limanından ilk sınaq səfərinə çıxıb və iki il ərzində dəniz sınaqlarında iştirak etməli idi.
Buna baxmayaraq, xidmətə başlamasından cəmi iki həftə sonra gəmidə sızma problemi ortaya çıxıb və sınaqlar təxirə salınıb. 2024-cü ilin əvvəlində isə gəminin hələ də NATO təlimlərində iştirak edə bilmədiyi barədə xəbərlər yayılıb.