AZ

Putin və Tramp Ukraynaya görə danışıqlara başlayacaqlar - Borrel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, Rusiya prezidenti Vladimir Putin və tezliklə ABŞ prezidenti vəzifəsinə keçəcək Donald Tramp Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün danışıqlar masası arxasına əyləşəcəklər.

Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, əgər Tramp Rusiya Federasiyasının narahatlığını dinləməyə və başa düşməyə hazır olduğunu göstərsə, bu, dinc dialoq üçün zəmin yarada bilər.

"Hər şey onu göstərir ki, Tramp və Putin danışıqlar masası arxasına əyləşəcək, Ukrayna isə menyuda olacaq. Mən bu yaxınlarda Ukraynada olmuşam və bu ehtimalla bağlı Volodimir Zelenski ilə danışmışam. Ona aydındır ki, hazırkı qərar ABŞ və Rusiyanın qəbul etməyəcəyi şeylərdir və bu başadüşüləndir”, – Borrel Cadena SER radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əksər Avropa ölkələri yekdilliklə olmasa da, Kiyevə yardımı davam etdirməyə hazırdır. Bundan əlavə, Aİ diplomatiyasının rəhbəri vurğulayıb ki, o, Ukraynanın Rusiyanın dərinliklərinə hücum etmək üçün silahdan istifadə etməyə icazə verilməsi qərarını həmişə dəstəkləyib.

Tramp bundan əvvəl Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olacağına söz vermişdi. O, Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini dəfələrlə bəyan edib. Rusiya Federasiyası hesab edir ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.

İyun ayında Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsləri ilə çıxış edib: “Moskva Ukrayna qoşunlarının Rusiyanın yeni regionlarının ərazisindən çıxarıldıqdan sonra dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək”.
Bundan əlavə, Rusiya lideri əlavə edib ki, Kiyev NATO-ya üzv olmaq niyyətindən imtina etdiyini bəyan etməli, demilitarizasiya və denazifikasiyanı həyata keçirməli, həmçinin neytral, bloklara qoşulmayan və nüvəsiz statusu qəbul etməlidir. Putin bu kontekstdə Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvini də qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Putin “mülki əhaliyə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışanlarla” danışıqlar aparmağı mümkünsüz adlandırıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha sonra bəyan edib ki, Moskvanın Ukrayna nizamlanmasına dair Rusiya dövlət başçısı tərəfindən əvvəllər səsləndirdiyi sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə “bu avantüranı nəzərə alaraq” Rusiya Ukrayna ilə danışmayacaq.

Seçilən
27
3
modern.az

3Mənbələr