AZ

İsrail ordusu Beyrutun cənubuna ard-arda daha 4 hücum edib

İsrail ordusu ötənaxşam qısa fasilələrlə Livanın paytaxtı Beyrutun cənubuna - "Hizbiullah"ın mərkızi qalası sayılan Dahiyəyə 4 dəfə şiddətli hava zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Agentlik yazıb ki, İsrail döyüş təyyarələri Dahiyənin əsasən Qubeyri və Hureyk bölgələrini bombalayıb: "Gecə saatlarında İsrail ordusu Dahiyəyə qarşı qısa fasilələrlə ard-arada 4 hücum həyata keçirib. Bölgə alova qərq olub. Hələ də ölən və ya yaralananlar haqqında məlumat almaq mümkün olmayıb"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
7
mia.az

1Mənbələr