36 yaşlı Sevda xanım başına gələnləri məktib şəklində bizə göndərib. Həmin məktubu təqdim edirik:
"18 illik ərim bir gün gəlib dedi ki, daha məni istəmir, niyəsini soruşanda mənə belə dedi:
"Mən başqasına aşiq oldum".
Mənə dedi ki, uzatma, daha sual vermə, gəl gedək. Bu evliliyə tez bir zamanda son qoyaq. Baş verənlərə təəccübləndim, 2 uşağımız var, heç bir problemimiz yox idi, birdən nə baş verdiyini başa düşə bilmədim. Gecələr yata bilmədim, yeyib-içməyi dayandırdım. Mənim sirdaşım olan, mənim haqqımda hər şeyi bilən, məni həyatı kimi sevən bacıma hər şeyi danışdım. O da mənə dedi ki, səni istəmirsə, getsin. Anam isə barışmağa çalış onunla, deyə bildirdi.
Ən yaxın dostumla danışdım o da səni istəməyən birini sən də istəmə, dedi.
Düşünürdüm ki, bu işdə səhv bir şey var, mənim həyat yoldaşım bu qədər sevdiyi qadın kim idi, kim gətirdi bu işi başımıza?
Məndən və uşaqlarımızdan imtina edəcək qədər aşiq oldu, o necə bir insan idi, bunları düşünərək dəli olurdum.
Nə olursa olsun, bunu öyrənməyə qərar verdim. Ərimə dedim ki, yaxşı, mənə bir həftə vaxt ver, sonra gedib ərizə verək, özümü yaxşı və xoşbəxt hiss etməyə başladım, amma əslində içimdə ağlayırdım. Anama zəng vurdum, cavab vermədi, ona nə oldusa, onsuz da hamı mənə bir az soyuq davranmağa başladı. Həmin gün yoldaşım dedi ki, məni gözləmə, axşam gəlməyəcəm, dostlarımla əyləşəcəyik, təbii ki, onunla görüşə gedəcəyini başa düşdüm, işdən sonra taksidə gözlədim, ərim yenicə işdən çıxıb maşınına oturdu, o hərəkət etməyə başlayanda mən də onun arxasınca getməyə başladım, bir mərtəbəli, amma çox gözəl bir evin qarşısında dayandı, maşını saxlayıb evdən çıxdı. Zəngi basdı və mən qapını çox aydın görə bildim, bir müddət sonra qapı açıldı və təəssüf ki, qapını açan şəxsi görəndə gözlərimə inanmadım. Bu mənim bütün sirlərimi bilən, ən böyük sirdaşım bacım idi. Bu mənə həyatda gördüyüm ən böyük zərbə oldu, həyatımı alt-üst etdi. Günlərlə depressiyada olub, evdən çölə çıxmadım. Nəhayət güc tapıb boşandım. Ondan sonra keçmiş həyat yoldaşımla və bacımla da əlaqəni kəsdim. Güclü qadın olmağa başladım.
Ən yaxınlarınızın vurduğu zərbə həmişə çox ağır olur. Axı onlar bizim ən zəif yerlərimizi hamıdan yaxşı bilirlər./ Qlobal.net
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta