AZ

London klubu apellyasiya verdi

“Tottenhem” rəhbərliyi Rodriqo Bentankurun ağır cəzası ilə bağlı apellyasiya şikayəti verib.

London klubunun mətbuat xidmətinin məlumatında İngiltərə Futbol Assosiasiyası tərəfindən verilən cəzanın həddindən artıq ağır olduğu bildirilib.

Xatırladaq ki, “Tottenhem”in futbolçusu Rodriqo Bentankur Uruqvay televiziyasının proqramlarından birində komanda yoldaşı Son Hın Min haqqında “Son və ya onun qohumlarından biri... Koreyalıların hamısı bir-birinə bənzəyir” fikrini dilə gətirdiyinə görə 7 oyunluq cəza alıb. Son komanda yoldaşı ilə heç bir probleminin olmadığını bildirsə də, bu zarafatı irqçi ifadə hesab olunub.

Seçilən
11
football-plus.az

1Mənbələr