Bakı. Trend:
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin başmütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıb.
Milli assosiasiyadan Trend-əverilən məlumata görə, o, UEFA Gənclər Liqasının V turuçərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord”(Niderland) oyununun UEFA nümayəndəsi olacaq.
Noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionundatəşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.