AZ

Dərmanları soyuducuda saxlamaq olmaz

Dərmanları vanna otağı və mətbəxdə saxlamaq tövsiyyə olunmur.

Milli.Az xəbər verir ki, Biotexnologiya və Sənaye Əczaçılığı kafedrasının dosenti, kimya elmləri namizədi Aleksey Panov dərmanların düzgün saxlanmasının onların effektivliyinə və təhlükəsizliyinə mühüm təsir etdiyini bildirib. O, dərmanların düzgün saxlanılması ilə bağlı tövsiyələr verib.

Ekspert dərman alarkən onların təlimatını diqqətlə oxumağı və göstərilən saxlama qaydalarına əməl etməyi tövsiyə edib. İnsanların dərmanları tez-tez vanna otağı və ya mətbəxdə saxlamasına toxunan Panov bunun düzgün olmadığını vurğulayıb. O bildirib ki, vanna otağında yüksək rütubət dərmanların tərkibini dəyişərək onların effektivliyini azalda bilər. Mətbəxdə isə dərmanlar yüksək temperaturun təsirinə məruz qalır, xüsusən də sobaya yaxın yerlərdə saxlanarsa.

Mütəxəssis dərmanların daha stabil istilik və rütubət şəraitində saxlanıla biləcəyi yataq və ya qonaq otağında yerləşdirilməsini məsləhət görüb. Eyni zamanda, dərmanların uşaqlar və ev heyvanları üçün əlçatmaz yerdə olması vacibdir.

O qeyd edib ki, dərmanları qida məhsulları ilə birgə saxlamaq olmaz, çünki bu, onların keyfiyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, dərman qablarının bütöv və kip bağlı olmasına diqqət yetirilməli, çünki aktiv maddələr işıq, rütubət və oksigenlə reaksiyaya girərək effektivliyini itirə bilər.

Panov bəzi dərmanların, məsələn, vitamin və antibiotiklərin ultrabənövşəyi şüalar altında parçalanaraq təsirsiz hala gələ biləcəyini, vaksinlərin isə otaq temperaturunda tərkibindəki zülalların dağıldığını vurğulayıb. Buna görə də dərmanların terapevtik təsirinin qorunması üçün düzgün saxlanılması zəruridir.

Ekspert əlavə edib ki, dərmanlar təlimatda göstərilən istifadə müddətindən artıq saxlanmamalıdır, hətta soyuducuda olsa belə.

İsmayıl
Milli.Az

Seçilən
6
milli.az

1Mənbələr