AZ

Konqresdə Trampı Ukraynaya yardım etməyə məcbur edən qanun hazırlayırlar

The Hill: ABŞ Konqresi Trampı Ukraynaya yardım göstərməyə məcbur etmək niyyətindədir...

ABŞ Konqresi Donald Trampın Ağ Evə qayıtması ərəfəsində Ukraynaya dəstək haqqında qanuna yeni prezidentin yardımı ləğv edə bilməməsi üçün düzəlişlər üzərində işləyir.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri məlumat yayıb.

Demokratik və Respublikaçı partiyalardakı ukraynapərəst qanunvericilər Ukraynanı dəstəkləyən əsas müddəaların yanvar ayına kimi qəbul edilməsi üçün çalışırlar. Qeyd olunur ki, Tramp administrasiyasının hakimiyyətə gəlməsi və Respublikaçıların Konqresə tam nəzarət etməsi səbəbindən təhlükə altında olan yardımları qorumaq cəhdidir.

Qanun qəbul olunarsa, Trampdan daim Ukraynaya hərbi və iqtisadi dəstək göstərməsi tələb olunacaq.

Konqresin aşağı palatasının sözçüsü The Hill-ə bildirib ki, bir sıra qanunvericilər qanun layihəsinin müddəalarını Milli Müdafiə Səlahiyyəti Aktına uyğunlaşdırmaq üçün çalışırlar.

Nəşrin məlumatına görə, hazırda ABŞ qanunvericiləri arasında bu düzəlişlərin hansı formada elan ediləcəyi ilə bağlı konsensus yoxdur, halbuki dekabrda cəmi üç iş həftəsi olduğuna görə, Trampın andiçmə mərasiminə qədər düzəlişin qəbul edilməsi üçün vaxt darlığı var.

Poliqon.info

Seçilən
8
1
poliqon.info

2Mənbələr