AZ

İsrail ordusu Qəzzanın şimalına ağır zərbələr endirib

İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Kemal Advan xəstəxanasına pilotsuz uçuş aparatı (PUA) ilə etdiyi hücum nəticəsində bir həkim və çox sayda xəstə yaralanıb.

Səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrailə məxsus PUA-nın atdığı bomba nəticəsində Kamal Advan Xəstəxanasının həkimi Səid Cövdət və bir neçə xəstə yaralanıb. Xəstəxananın son iki gündür İsrail ordusunun mühasirəsi altında olduğu bildirilir.

Kemal Advan Xəstəxanasının müdiri Hüsam Abu Safiye cümə axşamı verdiyi açıqlamada, İsrail ordusunun "Quadcopter" tipli dronlarla xəstəxanaya hücum etdiyini açıqlayıb.

Qeyd edək ki, İsrail ordusu oktyabrın 5-dən etibarən Qəzza zolağının şimalında hücumlar həyata keçirir.



Seçilən
1
trt.net.tr

1Mənbələr