AZ

ABŞ jurnalisti Baydenin impiçmentini tələb edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin siyasəti Üçüncü Dünya müharibəsi təhlükəsi yaradır və bu səbəbdən ona impiçment elan edilməlidir. Bu fikri amerikalı jurnalist Cekson Hinkl səsləndirib.

Hinkl sosial şəbəkədə yazıb: "Baydenin impiçmentini həyata keçirin. O, soyqırım törədir və indi də Üçüncü Dünya müharibəsini başlatmağa çalışır." Jurnalist bu açıqlamanı Rusiyanın "Oreshnik" hipersəs raketi ilə Dnepropetrovskdə Ukraynanın müdafiə sənayesi obyektinə zərbə endirməsindən sonra verib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu zərbə, Qərb istehsalı olan uzaqmənzilli silahlarla Rusiyanın ərazilərinə edilən hücumlara cavab olaraq həyata keçirilib. Xatırladaq ki, Kiyevə bu silahlardan istifadə icazəsini məhz Bayden vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr