AZ

Medvedev: “Tramp sanksiyaları dərhal ləğv etməyəcək” – ÖZƏL

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladıqdan sonra Rusiyaya qarşı bütün sanksiyaları dərhal ləğv etməsi gözlənilmir.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Al Arabiya telekanalına müsahibəsində deyib. 

"Fikrimcə, seçilmiş prezident vəzifəyə başlayandan sonra bu sanksiyaları dərhal ləğv etməyəcək. Xüsusilə də nəzərə alsaq ki, müəyyən sanksiyaların tətbiq olunmasında Tramp bir dövrdə özü israr etmişdi," - deyə Medvedev vurğulayıb.

O həmçinin qeyd edib ki, Trampın Rusiyadan Avropaya qaz tədarükünü məhdudlaşdırmaq və ABŞ-nin enerji resurslarını Avropaya satmaq niyyətləri olub. "Onun hansı prinsiplərlə hərəkət edəcəyini bilmirəm, lakin bu, həqiqətən də, normal iqtisadi əməkdaşlığı bərpa etmək üçün vacibdir," - deyə Medvedev əlavə edib.

Bundan əvvəl Dmitri Medvedev qeyd etmişdi ki, Vaşinqton Ukraynadakı münaqişəni həll etmək üçün bütün zəruri alətlərə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr