AZ

Azərbaycan fiqurlu konkisürənindən Polşada 18-ci yer

Azərbaycan fiqurlu konkisürəni Nərgiz Süleymanova Polşada təşkil olunan Varşava kubokunda mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz qısa proqramda bacarığını nümayiş etdirib.

Onun çıxışı 46,03 xalla qiymətləndirilib. Nərgiz bu göstərici ilə 18-ci yeri tutub. 20 yaşlı idmançımız bu gün sərbəst proqramla çıxış edəcək.

Qeyd edək ki, qadınların yarışında 28 idmançı mübarizəyə başlayıb. Qısa proqramda kanadalı Katerina Medland Spens qalib gəlib – 60,03 xal.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr