AZ

Məhkəmə Donald Trampla bağlı qərar verib

Məhkəmə

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampla bağlı “susmaq haqqında ödəniş” işinə dair məhkəmə prosesində yeni hökm elan edilib.

Reyting.az
xəbər verir ki, prosesə sədrlik edən hakim Xuan Merçan qərar iclasının təxirə salındığını elan etsə də, yeni tarixi açıqlamayıb.

Merçan bu gün verdiyi bir səhifəlik qərarında bildirib ki, Trampın vəkilləri işə xitam vermək üçün “dekabrın 2-də işi sonuna qədər” müdafiə etməlidirlər.

Onu da qeyd edək ki, Donald Trampın vəkilləri Todd Blanxe və Emil Bove bəyan ediblər ki, “prezident hər hansı cinayət prosesindən tamamilə immunitetə sahib olduğu kimi, seçilmiş prezident kimi Tramp da toxunulmazdır”.

Prokurorluq isə bildirib ki, işi tamamilə dayandırmaqdan fərqli olaraq, “müttəhimin qarşıdan gələn prezidentlik müddətinin sonuna qədər qalan bütün cinayət mühakimələrini təxirə salmaq” da daxil olmaqla, izləyə biləcəyi yollar var.

Xatırladaq ki, Tramp 2016-cı ildə münasibətdə olduğu kino aktrisası Stormi Danielsə “susmaq haqqı” ödəməkdə ittiham olunduğu halda, mayın 31-də 12 nəfərlik münsiflər heyəti tərəfindən ona qarşı irəli sürülən 34 ittihamın hamısında təqsirkar bilinib. Cinayət mühakiməsində münsiflər heyəti tərəfindən təqsirli bilinən ilk keçmiş ABŞ prezidenti kimi tarixə düşən Tramp hökm elan edildikdən sonra qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

V. QULİYEV

Seçilən
17
reyting.az

1Mənbələr