Ötən gün 14-cü turun ilk oyun günündə bir matç keçirilib. "Kəpəz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
News24.az xəbər verir ki, Gəncədəki stadion təmir olduğundan "Kəpəz" oyunlarını Tovuzda keçirir. Nominal ev sahibi kimi meydana çıxan Gəncə təmsilçisinə cəmi 35 azarkeş dəstək olub.
Bu da Azərbaycan Premyer Liqasının son 3 mövsümündə ən bərbad göstəricilərdən biridir.
Ağa Dadaşzadə