"Real" "Sportinq"in hücumçusu Viktor Qyökereşi heyətinə qatmaq istəyir.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Madrid təmslçisi isveçli futbolçu ilə ciddi şəkildə maraqlanır.
Klubun rəhbərliyi 26 yaşlı oyunçunu komandanın iki hücumameyilli liderindən birinin əvəzedicisi hesab edir: Vinisius Junior və ya Kilian Mbappe. Hazırda "Real"da böhran var. Komanda klub rəhbərlərinin gözləntilərini hələ də doğrultmayan Mbappenin oyunundan narazıdır.
Digər tərəfdən, baş məşqçi Karlo Ançelotti psixoloji və mənəvi faktorlara görə Vinisiusun da performansını itirəcəyindən ehtiyat edir. Buna səbəb onun 2024-cü ildə “Qızıl top”u qazana bilməməsi və milli komandası ilə daim uğursuzluğa düçar olmasıdır.
"Real" prezidenti Florentino Peres Vinisius və Mbappenin vəziyyətindən və gələcəyindən asılı olmayaraq şəxsən Qyökereş ilə müqavilə imzalamaq istəyir. Funksioner klubun problemlərinin erkən həllini Viktorda görür.
Qeyd edilir ki, “Sportinq” forvardı 100 milyon avroya satmağa hazır olacaq.
Bu mövsüm Qyökereş klub və milli komandada 22 matçda 32 qol vurub. O, bir neçə gün əvvəl Millətlər Liqasının 6-cı turunda Azərbaycan yığmasının qapısından 4 qol keçirib.