AZ

Avroliqada 11-ci tura yekun vuruldu

Basketbol üzrə Avroliqa turnirində 11-ci tura yekun vurulub. Son oyun günündə 2 matç baş tutub.

Litvada “Jalgiris”in qonağı son çempion “Panatinaikos” olub. Baş məşqçi Ergin Atamanın yoxluğunda yunanlar məğlubiyyətlə üzləşiblər – 77:84. Görüşün ən yaxşılarından biri Kaunas komandasının müdafiəçisi Fransisko olub.

Digər qarşılaşma Münhendə baş tutub. “Bayern” doğma arenada “Barselona”nı qəbul edib. Almaniya komandası 100:78 hesabı ilə daha titullu rəqibini darmadağın edib. Andreas Obst 34 xal toplamaqla görüşün ən yaxşı basketbolçusu seçilib. Amerikalı müdafiəçi Karsen Edvardsın aktivində 25 xal var. Kataloniya komandasında Cabari Parker 26 xal toplayıb.

11 turdan sonra turnir cədvəlinə “Fənərbaxça” başçılıq edir.

Seçilən
6
futbolinfo.az

1Mənbələr