Ukrayna cəbhəsi: ruslar əlavə ehtiyat toplayır
Rus ordusu Donetsk vilayətinin Volnovaxa rayonundakı Velikaya Novoselka və Razdolnoye ərazilərinə fəal şəkildə hücum edir.
Reyting.az xəbər verir ki, “DeepState”-nin analitiklərinin fikrincə, noyabrın 22-də ruslar bir neçə kolonda hücumlar həyata keçirib.
Məlumata görə, Novoselkaya ən azı beş, Razdolnoye isə iki hücum olub.
Rus ordusu sərnişin maşınlarında, Zolotaya Nivadan şosse ilə hərəkət edib, tankın taqımı və hərbi texnika kolonu Bolşaya Novoselka yaxınlığındakı anqarlardan 3 kilometr şərqə enib. Analitiklərin qeyd etdiyi kimi, ruslar müdafiənin “çox etibarlı olmadığını” hiss ediblər. Buna görə, onlar nisbətən tez ehtiyatları cəlb edib və bu ehtiyatların Razliv istiqamətində hücum üçün gətiriləcəyi gözlənilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində ən çətin vəziyyət Pokrovski (40 hücum və hücum hərəkəti), Kuraxovski (35 hərbi toqquşma) və Limanski (18 hücum) istiqamətlərində olub.
V. QULİYEV