Almaniyanın “Bayern” klubunun fəxri prezidenti Uli Höness futbolçular üçün tərtib edilmiş ifrat sıx oyun təqvimini tənqidlə çıxış edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, Hönesin bu barədə fikrini təqdim edir:
“Bizim idmanımız hələ uzun müddət çiçəklənməyəcək. İnsanın imkanları məhduddur. Belə davam edərsə, oyunçular sonda bunun öhdəsindən sadəcə olaraq gələ bilməyəcəklər. Təzyiq bizdən, klublardan və futbolçulardan gəlməlidir. Bax, buna görə də başa düşürəm ki, əsas oyunçular zədələnmək qorxusundan milli yığma komandaya edilmiş çağırışlara məhəl qoymurlar”, deyə Uli Höness vurğulayıb.
Əlavə edək ki, ifrat sıx oyun təqvimi mənzərəsində yığma komandaların təlim-məşq toplanışları zamanı beynəlxalq fasilə müddətində, klublardan yığmalara yollanan oyunçular arasında fəal yorğunluq müşahidə edilir. Bu isə futbolçuların əksər zədələrinin milli yığma komandaların düşərgəsində almasına gətirib çıxarır. Son illərdə bu, artıq mütəmadi hala çevrilib. Fəsadın görünməyən hissəsi məhz futbol qurumlarının pul hərisliyi siyasətinə dayanır. Futbolçular və məşqçilər təqvim islahatlarının tərəfdarıdırlar ki, gərəksiz oyunlar nəticəsində zədəlilər artmasınlar.