AZ

Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb

Bir yaşlı Valehin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Nazlı Zeynalova məlumat verib.

O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:

"Valehin bir yaşı var. Biz Masallıda yaşayırıq. Valeh evdə iməkləyərkən elektrik çaynikinin naqilini çəkib. Çaynikdəki qaynar su onun üzünə, qollarına, qarnına və ayaqlarına tökülüb. Biz hadisə baş verən gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həmin xəstəxanada Valeh müalicə aldı".

Nazlı Zeynalova övladının hazırda müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Biz Valehi bir müddət xəstəxanada müalicə etdirdik, artıq evimizə qayıtmışıq. Hazırda müalicə üçün dəstəyə ehtiyacımız var. Həkimin yazdığı dərmanları və mazları almaq üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 800-07-52.

Kapital Bank: 4169 7388 9503 6089.

Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb

Bir yaşlı Valehin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Seçilən
4
2
hakimiyyet.az

10Mənbələr