AZ

İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb - YENİLƏNİB

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

Xəbərə görə, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.

XXX

İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb

İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər.

Bu barədə “Cumhuriyet” qəzeti yazıb.

Hadisə Sarıyer rayonunda ticarət mərkəzinin yaxınlığında baş verib, burada qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları yoxlama üçün taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o, qızılın ona məxsus olduğunu söyləyib. Kişi həmçinin qızıla qanuni sahibliyini təsdiq edən sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb.

Hazırda İstanbul prokurorluğu araşdırmanı davam etdirir. Hüquq-mühafizə orqanları qiymətli metalın mənşəyini yoxlayır və mümkün hüquqi nəticələri qiymətləndirirlər.

© APA, “Report” 

Seçilən
26
50
marja.az

10Mənbələr