AZ

Paşinyan “Qərbi Ermənistan” deyənlərə qarşı çıxdı – “Məni xəyanətdə, alçaqlıqda ittiham edəcəklər...”

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanda müasir Türkiyənin bir hissəsi olan və vaxtilə ermənilərin yaşadığı ərazilərə aid edilən “Qərbi Ermənistan” ifadəsini işlətmək olmaz. Çünki respublikanın qonşularını qıcıqlandırır.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.

“Kimsə “Qərbi Azərbaycan” ifadəsini işlədəndə çətin anlar yaşayırıq. Biz “Qərbi Ermənistan” deyəndə, bu, kimisə qıcıqlandırmır ki?", - o sual edib.

Paşinyan bu sözlərdən sonra yenidən xəyanət və alçaqlıqda ittiham olunacağını etiraf edib.

“Amma mən elə bir vəziyyətdəyəm ki, insanlarla danışmağa və səbəb-nəticə əlaqələri göstərməyə borcluyam”, - deyə Paşinyan əlavə edib.

Eyni zamanda o, bir daha vurğulayıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsində ətraf aləmlə uzun və dərin münaqişə məntiqi var.

"AzPolitika.info"

Seçilən
8
azpolitika.info

1Mənbələr