Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Antalyada keçirilən “Avropa Biznes Kuboku” turnirində ölkəmizi uğurla təmsil edən “Azersun” minifutbol komandası ilə görüşüb.
Qazanılan ardıcıl 2-ci çempionluq münasibətilə komanda üzvlərini təbrik edən federasiya rəhbəri beynəlxalq arenalarda əldə olunan nailiyyətlərə görə klub rəhbərliyinin uğurlu fəaliyyətini də qeyd edib.
Məmmədov növbəti turnirlərdə onlara uğurlar arzulayıb.