AZ

Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıb

Bu
2024-cü ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın diskektomiya (sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılması) əməliyyatı icra olunub. 1news.az-a xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.

Qeyd edək ki, fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir.

Seçilən
10
5
1news.az

7Mənbələr