AZ

İtalyan jurnalist: ABŞ və Britaniya tək Rusiya ilə deyil, həm də Aİ ilə müharibə aparır...

ABŞ və İngiltərə təkcə Rusiyaya qarşı deyil, həm də açıq-aşkar sanksiyalardan əziyyət çəkən Fransa, Almaniya, İtaliyaya qarşı mübarizə aparır...

Poliqon xəbər verir ki, bunu italiyalı jurnalist Corcio Byanki deyib.

"Birləşmiş Ştatların ölkələrimizi tətbiq etməyə məcbur etdiyi sanksiyaları mən avtomatik sanksiyalar adlandırıram, yəni bu sanksiyalar Rusiyadan çox bizə qarşı yönəlib", jurnalist bildirib.

O, ABŞ və Böyük Britaniyanın II Dünya müharibəsi zamanı Avropa ölkələrinin sənaye ərazilərinin bombalanmasından çox, bu sanksiyalardan daha çox faydalandığını vurğulayıb.

"Böyük müəssisələr ölkədən kənara köçürüləcək. Onlar artıq qismən Asiyaya köçürülüb, indi də Amerikaya aparılacaqlar, çünki orada biznes üçün daha əlverişli şərait var", deyə jurnalist yekunlaşdırıb.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr