AZ

Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

Image

"Almaniyanın XİN naziri Berbok Bakıya gəlib COP-a bir "məz qoyur", 3 "Beniyüks" ölkəsi bir-biri ilə danışaraq eyni vaxta COP 29-a qarşı parlament qətnamələri çıxartdırırlar, ABŞ-ın senator və konqresmenləri dünyanı iqlim problemlərindən xilas etmək adı ilə Bakıya gələrək separatçı erməni cinayətkarlarına azadlıq məsələsini gündəmə gətirməyə çalışırlar, daha kimlər nələr edirlər, hamısı göz önündədir..."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Bunların azacıq vicdanları, ədalətləri olsaydı, bu sayaq qara- qura işlərdənsə , Azərbaycanın əl- ayağına düşüb minnətdar olmalı idilər ki, "bizlərin yaman günə qoyduqlarımız dünyanı siz xilas etmək istəyirsiniz"...Ancaq təəssüflər....Hələ də məkrli oyunlarını davam edirlər, iqlim maliyyəsinin maksimum hədəflərinin əldə olunmasına maneçilik törədirlər, sanki Azərbaycan böyük iqlim maliyyəsi fondu yaratmağa çalışmaqla özünə pul axtarır, sanki Azərbaycanın xilas etmək istədiyi bu dünyanın onlara dəxli yox imiş. Çalışırlar ki, Azərbaycanın adı dünya COP- ları tarixində ən böyük nailiyyə hədəfinə nail olmuş ölkə kimi çəkilməsin.....Axırda o qədər ədalətsizlik edəcəklər ki, böyük iqtisadiyyatı olan ölkələrin acığına neft- qaz ölkələri qazıntı yanacaqlarının artırılması kursunu daha güclü şəkildə həyata keçirməyə başlayacaqlar...."

Mətləb






Seçilən
7
baki-xeber.com

1Mənbələr