Almaniyanın “Bayer” klubunun futbolçusu Viktor Bonifase sıradan çıxıb.
Msport.az xəbər verir ki, bu barədə “The Atletic” məlumat yayıb.
23 yaşlı futbolçu Nigeriya millisinin heyətində sıradan çıxıb. Bonifasenin bu il meydana çıxacağı gözlənilmir. O, 2025-ci ildə oynaya biləcək.
Qeyd edək ki, Bonifase bu mövsüm “Bayer”in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 8 qol vurub və 1 qolun ötürməsini verib.